ABŞ-də alimlər kosmosda insan müdaxiləsi olmadan konstruksiya qura bilən robot texnologiyasını uğurla sınaqdan keçiriblər.
Demokrat.az xəbər verir ki, Kaliforniya Texnologiya İnstitutunun (Caltech) tədqiqatçıları tərəfindən hazırlanan ASTRA adlı robot orbitdə konstruksiyanın yeni hissəsini müstəqil şəkildə birləşdirib.
Layihə ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə həyata keçirilib.
Robot xüsusi manipulyator vasitəsilə konstruksiya elementlərini götürərək onları bir-birinə birləşdirib. Sınaq zamanı əvvəlcədən hazırlanmış iki hissədən sonra üçüncü hissənin də orbitdə yığılması mümkün olub.
Tədqiqatçılar bildiriblər ki, bu texnologiya gələcəkdə kosmosda böyük teleskopların, radioantenaların və günəş enerjisi sistemlərinin qurulmasına imkan yarada bilər.
Qeyd edək ki, ASTRA sistemi 30 mart 2026-cı ildə SpaceX-in Transporter-16 missiyası çərçivəsində orbitə göndərilib.


