Türkiyəli sosial media fenomeni Danla Bilic illər ərzində üz və bədənində etdirdiyi estetik prosedurlara xərclədiyi ümumi məbləği açıqlayıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, fenomen estetik müdaxilələrə ümumilikdə 30 milyon TL (təxminən 1 016 300 Azərbaycan manatı) xərclədiyini bildirib.
Bilic keçmişdə etdirdiyi prosedurları dəyərləndirərkən həmin pulla daha fərqli bir sərmayə qoya biləcəyini deyib.
"Kaş ki, üzümü və bədənimi gözəlləşdirməyə çalışmaq əvəzinə, Suadiyədən bir ev də alaydım", – deyə fenomen bildirib.
Qeyd edək ki, Danla Bilic sosial mediada tanınmağa başladığı ilk illərdən etibarən bir sıra estetik prosedurlara müraciət edib.
Fenomenin ən çox problem yaşadığı prosedurlardan biri də keçmişdə omba nahiyəsinə etdirdiyi "Aquafilling" dolğusu olub. Bilic daha əvvəl dolğu maddəsinin zamanla bədəninə yayıldığını və bunun müxtəlif fəsadlara səbəb olduğunu açıqlamışdı.
Yaranan ağırlaşmalar səbəbindən dəfələrlə əməliyyat olunan Danla Bilic 2026-cı ildə 9-cu dəfə cərrahi müdaxilə keçirib. O, əməliyyatların əsas məqsədinin bədənində problem yaradan dolğu maddəsindən xilas olmaq olduğunu bildirib.
Yaşadığı sağlamlıq problemləri və yüksək əməliyyat xərclərindən sonra fenomenin "Kaş, ev alsaydım" açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


