Türkiyəli məşhur müğənni Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP31 sammiti üçün xüsusi mahnı ərsəyə gətirib.
Demokrat.az xəbər verir ki, sənətçinin ifa etdiyi "One Home" ("Bir yuva") adlı bəstə COP31-in iqlim və ətraf mühitin qorunması ilə bağlı mesajlarını musiqi vasitəsilə dünyaya çatdırmaq məqsədi daşıyır.
Mahnını sosial şəbəkə hesabında paylaşan COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Sertab Erenerə təşəkkür edib.
Nazir paylaşımında bir dünya, bir yuva, bir səma və ortaq ümid ideyasının əks olunduğu mahnının qlobal iqlim diplomatiyasına töhfə verəcəyini bildirib.
"Bir dünya, bir yuva, bir səma, bir ümid, bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq", – deyə Murat Kurum qeyd edib.
"Bir Home" mahnısında təbiətin qorunması, meşələrin və okeanların mühafizəsi, eləcə də gələcək nəsillər qarşısında ekoloji məsuliyyət kimi mövzular ön plana çıxarılır.
Bəstənin COP31 çərçivəsində ətraf mühitin mühafizəsi ilə bağlı çağırışların daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edəcəyi gözlənilir.
“One Home” by @sertaberener One World. One Home. #LetsCOP Let's Change Our Planet! #COP31 #COP31Türkiye #COP31Antalya https://t.co/AMc3RTtCSK
— COP31 Türkiye (@turkiyecop31) November 9, 2026


