YapiKredi Müraciət Forması
Şou-biznes

"Qalatasaray"ın ulduzunun sevgilisindən şok iddia: Futbolçunun sevgilisi mesaj yazıb

Qalatasarayın ulduzunun sevgilisindən şok iddia: Futbolçunun sevgilisi mesaj yazıb

"Qalatasaray"ın futbolçusu Leroy Sanenin sevgilisi Kendıs Bruk açıqlamaları ilə gündəmə gəlib. O, klubda çıxış edən futbolçulardan birinin sevgilisinin ötən il Saneyə şəxsi mesaj göndərərək onunla yaxınlaşmağa çalışdığını iddia edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

Brukun sözlərinə görə, sözügedən futbolçunun sevgilisi Saneyə sosial şəbəkə vasitəsilə mesaj yazıb. O, hadisədən xəbərdar olsa da, məsələni ictimailəşdirməməyi və sakit qalmağı üstün tutub.

Bruk həmin şəxslərin adlarını açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, futbolçu və sevgilisi Türkiyə vətəndaşı deyil. Bruk adları açıqlayacağı təqdirdə klub daxilində ciddi qalmaqal yaşana biləcəyini bildirib.

"Leroya mesaj yazaraq ona yaxınlaşmağa çalışan komanda yoldaşının sevgilisi idi. Ən qəribəsi isə mənim buna görə böyük qalmaqal yaratmamağım oldu. Bir hərəkətim bütün klubu ayağa qaldırmağa kifayət edərdi. Amma mən sakitliyi seçdim", – deyə o bildirib.

Sane ilə bağlı iddianı gündəmə gətirən Bruk həmin qadının ailəsi və uşaqlarının olduğunu da vurğulayıb. O, baş verənlərə görə günahsız insanların və komandanın zərər görməsini istəmədiyini qeyd edib.

Bruk, həmçinin, sözügedən futbolçunun özünün yaxşı insan olduğunu deyərək, onun başqa bir şəxsin davranışına görə ictimaiyyət qarşısında pis vəziyyətdə qalmasını istəmədiyini bildirib.