YapiKredi Müraciət Forması
İdman

Azərbaycan çempionatının oyunu təxirə salına bilər

Azərbaycan çempionatının oyunu təxirə salına bilər

Azərbaycan 2-ci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" (Marathon) oyunu təxirə salına bilər.

Buna səbəb güclü yağəş səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.

Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun keçirilməyəcəyi gözlənilir. Oyunun baş tutub-tutmayacağına yarım saat ərzində qərar verilməlidir.
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürməlidir. (Fanat.Az)