Türkiyənin tanınmış teleaparıcısı Saba Tümer münasibətdə olduğu kişidə görmək istədiyi xüsusiyyətləri açıqlayıb. Onun şəxsi həyatı ilə bağlı səmimi və yumoristik fikirləri diqqət çəkib.
Demokrat.az xəbər verir ki, aparıcı bu barədə Melis İşitenin təqdim etdiyi "Zaten Şov" proqramında danışıb.
Tümer ideal partnyorunda beş əsas xüsusiyyətin olmasını vacib saydığını bildirib. Onun fikrincə, kişi ilə birlikdə əylənmək mümkün olmalı, o, yumor hissinə malik olmalı, yaxşı öpüşməyi bacarmalı, xoş qoxmalı və kifayət qədər varlı olmalıdır.
Şəxsi münasibətlərindən də danışan aparıcı ən uzunmüddətli eşq macəralarının Xərçəng bürcündən olan kişilərlə yaşandığını söyləyib. Bununla belə, həmin bürcün nümayəndələri ilə bağlı zarafat etməkdən də çəkinməyib.
"Ən uzun münasibətlərim həmişə Xərçəng kişiləri ilə olub. Artıq onların necə şirin yalan danışdığını anlayacaq qədər təcrübəm var. Tövbə!" – deyə Tümer bildirib.
Flört etməyi sevdiyini etiraf edən teleaparıcı münasibətlərdə fiziki cazibə və qarşılıqlı enerjinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, insanlar arasındakı kimyəvi uyğunluğu süni şəkildə yaratmaq mümkün deyil.
Saba Tümer müasir dövrdə münasibətlərdə səmimiyyətin əvvəlki qədər olmadığını da qeyd edib. O hesab edir ki, insanlar həm dostluqda, həm də şəxsi münasibətlərdə getdikcə daha çox süni davranır, özlərini başqalarına nümayiş etdirməyə çalışırlar.


