YapiKredi Müraciət Forması
Dünya Özəl

İzmirdə dəmir-polad zavodunda partlayış baş verdi - VİDEO

İzmirdə dəmir-polad zavodunda partlayış baş verdi - VİDEO

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.

Partlayışın səbəbi, xəsarət alanların olub-olmaması və hadisənin nəticələri barədə hələlik ətraflı məlumat verilməyib.