YapiKredi Müraciət Forması
Dünya Özəl

"Ümid səfəri" faciə ilə bitdi: Miqrant qayığı batdı, 12 nəfər öldü

Ümid səfəri faciə ilə bitdi: Miqrant qayığı batdı, 12 nəfər öldü

Yunanıstanın Krit (Girit) adasının sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın aşması nəticəsində 12 nəfər həyatını itirib, 18 nəfər xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası ERT məlumat yayıb.

Məlumata görə, hadisə Krit adasının Kalon Limenon sahilindən təxminən 15 dəniz mili cənub-şərqdə baş verib. Ərazidən keçən ticarət gəmisi dənizdə çevrilmiş miqrant qayığını aşkarladıqdan sonra hadisə yerinə Yunanıstan Sahil Mühafizəsinin qüvvələri cəlb olunub.

Xilasetmə əməliyyatı zamanı dənizdən 12 nəfərin meyiti çıxarılıb. Qəzadan sağ çıxan 18 nəfər isə xilas edilib.

Hadisənin səbəbləri və miqrantların hansı ölkələrin vətəndaşları olduğu barədə hələlik məlumat verilməyib.