YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Yeni koronavirus ştamının əsas simptomu açıqlandı

Yeni koronavirus ştamının əsas simptomu açıqlandı

Dünyada yayılmaqda olan PJ.2.1 koronavirus ştamını əvvəlki variantlardan fərqləndirən əsas əlamətlərdən biri güclü boğaz ağrısıdır.

Demokrat.az xəbər verir ki, bu barədə virusoloq, tibb elmləri doktoru Yelena Malinnikova danışıb. Onun sözlərinə görə, yeni ştama yoluxan şəxslərdə boğaz ağrısı daha şiddətli keçir, xəstəlikdən sonra isə uzun müddət halsızlıq və gücsüzlük müşahidə olunur.

Mütəxəssis bu xüsusiyyətlərin klinik araşdırmaların nəticələrinə əsaslandığını bildirib.

PJ.2.1 ştammı 2026-cı ilin may ayından etibarən dünyanın müxtəlif ölkələrində yayılmağa başlayıb. Artıq bir neçə qitədə aşkarlanan virusun daha geniş ərazilərə yayılması ehtimalının artdığı bildirilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəliyi də xəbərdarlıq edib.

Qeyd edək ki, güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq bu ştamla bağlı bildirilən əlamətlərdir. Bu simptomlar təkbaşına yoluxmanın PJ.2.1 variantından qaynaqlandığını təsdiqləmir.