YapiKredi Müraciət Forması
İdman Özəl

Mauro İkardi qızına zorakılıq etməkdə ittiham olunur - Araşdırma başladı

Mauro İkardi qızına zorakılıq etməkdə ittiham olunur - Araşdırma başladı

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında baş verən mübahisə ciddi ittihamlarla nəticələnib. Futbolçunun 11 yaşlı qızına fiziki zorakılıq göstərdiyi və onu otağa kilidlədiyi iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 6-da baş verib. Daxil olan şikayət əsasında polis əməkdaşları İkardinin evinə gedərək Vanda Nara ilə söhbət ediblər. Daha sonra ünvana tibbi yardım briqadası da cəlb olunub.

Naranın bildirdiyinə görə, İkardi qızını danlayaraq otağa kilidləyib. Azyaşlının kompüter vasitəsilə anasına "WhatsApp" mesajı göndərərək kömək istədiyi, atasının onu vurduğunu və qorxduğunu yazdığı iddia edilir.

Mətbuatda yayılan xəbərlərə əsasən, qız sonradan öz imkanları ilə evdən çıxaraq anasının yanına gedib. Cütlüyün digər qızı da evi tərk edərək anası ilə qalıb. İkardinin isə polis əməkdaşları ilə görüşməkdən imtina etdiyi bildirilir.

Hadisə ilə bağlı Tiqre şəhərinin Gender Zorakılığı üzrə Prokurorluğu xəsarət yetirmə və ailədaxili zorakılıq iddiaları əsasında araşdırma başlanmasını tələb edib. Bu çərçivədə Vanda Naranın ifadəsinin alınması və azyaşlının tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.

İddialara görə, mübahisənin səbəbi qızın 15 yaşlı yeniyetmə ilə münasibətdə olmasıdır. Həmçinin Naranın İkardinin sevgilisi China Suarezlə də mübahisə etdiyi və ona hədə xarakterli ifadələr səsləndirdiyi bildirilir.

Hadisə ilə bağlı Mauro İkardi və Vanda Naradan hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunan məlumatlar mətbuatda yayılan iddialardır və araşdırmanın nəticəsi məlum deyil.