"Qalatasaray"ın portuqaliyalı futbolçusu Rafael Leao zədələnib. "Amedspor"la qarşılaşmada xəsarət alaraq meydanı tərk edən hücumçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin mətbuatı məlumat yayıb.
Klubun yaydığı tibbi açıqlamaya əsasən, Maslak Acıbadem Xəstəxanasında aparılan MRT müayinəsi zamanı 27 yaşlı futbolçunun sağ budunun arxa əzələsində ciddi dartılma və qanama aşkarlanıb. Onun müalicəsinə dərhal başlanılıb. Bununla belə, klub Leaonun yaşıl meydanlara qayıdacağı dəqiq tarixi açıqlamayıb.
Viktor Osimhenin də zədələnməsindən sonra Leaonun sıradan çıxması baş məşqçi Okan Burukun hücum xəttində seçim imkanlarını azaldıb. Xüsusilə sol cinahda komandanın oyun planına dəyişiklik edilməli olacaq.
Məlumata görə, portuqaliyalı futbolçu Superliqada "Samsunspor" və "Beşiktaş", Çempionlar Liqasında isə "Aston Villa" ilə matçlarda iştirak edə bilməyəcək.
"Qalatasaray"ın tibbi heyəti Leao-nu dekabrın 4-də "Çaykur Rizespor"la keçiriləcək qarşılaşmaya qədər bərpa etməyə çalışacaq. Onun meydana qayıdışı müalicənin gedişindən və tibbi müayinələrin nəticələrindən asılı olacaq.
Qeyd edək ki, Rafael Leao bu yay transfer pəncərəsində "Milan"dan 38 milyon avro qarşılığında "Qalatasaray"a keçib.


