Çinin Şansi əyalətinin Tayyuan şəhərində yerləşən çoxmərtəbəli yaşayış kompleksində baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 8-də şəhərin İnqze rayonundakı "Haosheng International Apartment" kompleksində qeydə alınıb.
Məlumata görə, yanğın 40 mərtəbəli yaşayış binasında başlayıb və qısa müddətdə geniş əraziyə yayılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov təxminən iki saat ərzində söndürülüb.
Xəsarət alan 38 nəfər xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır.


