Xalq artisti Nəzakət Teymurova həmkarı Nazpəri Dostəliyeva haqda fikirlərini bölüşüb.
Demokrat.az axşam.az-a istinadla xəbər verir ki, xanəndə bu barədə "Evdəkilərə salam" verilişində danışıb. O, Nazpəri Dostəliyevanın özünəməxsus sənətkar olduğunu vurğulayaraq onu təqlid edənləri qəbul etmədiyini bildirib:
"Nazpərini yamsılayanları qəbul edə bilmirəm. O, orijinaldır. Kopyanı qəbul edə bilmirəm. Yaxşı tərəfdən təkrarlansa, olar. Doğulandan iç dünyası odur".


