YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Gecələr şirniyyat yemək istəyinizin səbəbi bu imiş

Gecələr şirniyyat yemək istəyinizin səbəbi bu imiş

Axşam saatlarında bir çox insan tox olmasına baxmayaraq, şirniyyat, çips və digər qəlyanaltılara qarşı güclü istək hiss edir. Bu halın yaranmasına hormonal dəyişikliklər, yuxusuzluq və qidalanma vərdişləri təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, günün sonuna doğru aclıq hormonu kimi tanınan qrelinin səviyyəsinin yüksəlməsi yemək istəyini artıra bilər.

Xüsusilə axşam yeməyində zülal və liflə zəngin qidaların az olması gecə yenidən aclıq hissi yaradır.

Bundan başqa, televizora baxarkən qəlyanaltı yemək vərdişi və yuxu çatışmazlığı da bu istəyi gücləndirir. İnsanlar belə hallarda daha çox şəkərli, yağlı və duzlu qidalara üstünlük verirlər.

Mütəxəssislər gecə yemək istəyini azaltmaq üçün gün ərzində balanslı qidalanmağı, axşam yeməyində zülal və liflə zəngin məhsullara yer verməyi tövsiyə edirlər. Qəlyanaltı ehtiyacı yarandıqda isə şirniyyat əvəzinə meyvə, qatıq və çərəz kimi daha sağlam seçimlərə üstünlük vermək məsləhət görülür.