YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Qızdırıcıdan gələn yanıq qoxusu nə vaxt təhlükəlidir?

Qızdırıcıdan gələn yanıq qoxusu nə vaxt təhlükəlidir?

Payız və qış aylarında istilik sistemini ilk dəfə işə saldıqda yanıq qoxusunun yaranması normal hal ola bilər. Lakin bəzi hallarda bu, ciddi təhlükənin əlamətidir.

Demokrat.az xəbər verir ki, qızdırıcı uzun müddət istifadə edilmədikdə üzərində toplanan toz cihaz işə salındıqda yanaraq qoxu yarada bilər. Bu qoxu adətən 30 dəqiqə ərzində yox olur.

Ancaq yanmış plastik və ya elektrik naqili qoxusu hiss edilərsə, cihaz dərhal söndürülməli və mütəxəssis çağırılmalıdır.

Kükürd və çürük yumurta qoxusu isə qaz sızmasına işarə edə bilər. Belə halda ev dərhal tərk edilməli, elektrik cihazlarına toxunulmamalı və kənardan təcili xidmətə məlumat verilməlidir.