YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Almaniyada 1 avroluq dönər izdihama səbəb oldu

Almaniyada 1 avroluq dönər izdihama səbəb oldu

Almaniyanın Dortmund şəhərində dönərin 1 avroya satılması böyük qarışıqlıq yaradıb. Yeni açılan dönərxananın endirim kampaniyasından yararlanmaq istəyən yüzlərlə insan mağazanın qarşısına toplaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, izdihamı idarə edə bilməyən sahibkar polisə müraciət edib. Hadisə yerinə əlavə qüvvələrlə birlikdə təxminən 100 polis əməkdaşı və helikopter cəlb olunub.

Lakin vəziyyət daha da gərginləşib. Bəzi şəxslər polis əməkdaşlarına daş, butulka, fişəng, stul və elektrikli skuterlər atıblar. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb, hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Qeyd edək ki, Almaniyada dönərin qiyməti hazırda orta hesabla 7,50-9 avro arasında dəyişir. 2020-ci ilə qədər isə bu yeməyin qiyməti 3,50-4 avro olub. Ölkədə hər il 1,3 milyarddan çox porsiya dönər istehlak edilir.