Pizza sevənlər bu yeməyi daha sağlam hala gətirmək üçün üzərinə əlavə etdikləri ərzaqlara diqqət yetirməlidirlər. Dietoloqlar qan şəkərinin daha sabit qalmasına kömək edən altı məhsulu tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, tövsiyələrə ispanaq, göbələk, bolqar bibəri, artişok, qril toyuq əti və zeytun daxildir.
Mütəxəssislərin fikrincə, ispanaq və göbələk liflə zəngin, karbohidrat baxımından isə nisbətən kasad məhsullardır. Bolqar bibəri vitamin C, artişok isə həzmə faydalı liflərlə zəngindir.
Qril toyuq əti pizzanın zülal dəyərini artıraraq toxluq hissini uzadır. Zeytun isə faydalı yağlarla zəngin olsa da, tərkibindəki duz miqdarına görə ölçülü istifadə edilməlidir.
Dietoloqlar bildirirlər ki, bu ərzaqlar pizzanın qan şəkərinə təsirini azaltmağa kömək edə bilər. Bununla belə, xəmirin tərkibi və yeyilən porsiyanın ölçüsü də nəzərə alınmalıdır.


