YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Alimlər atomdan 100 milyard dəfə kiçik ölçüdə siqnallar aşkarladı

Alimlər atomdan 100 milyard dəfə kiçik ölçüdə siqnallar aşkarladı

Alimlər indiyədək tədqiq edilən ən kiçik miqyasda siqnallar aşkar etməyə nail olublar. Kəşf kainatın quruluşu və qaranlıq maddənin sirrinin açılması istiqamətində yeni imkanlar yarada bilər.

Demokrat.az xəbər verir ki, araşdırma İsveçrə-Fransa sərhədində yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) Böyük Adron Kollayderində aparılıb.

Kembric Universitetinin rəhbərlik etdiyi tədqiqat zamanı atomdan 100 milyard dəfə kiçik ölçüdə siqnallar qeydə alınıb. Fiziklər bu miqyası "zeptokainat" adlandırırlar.

Alimlər yüksək enerji ilə toqquşdurulan hissəciklərdən yaranan, "gözəllik kvarkı" adlanan atomaltı zərrəcikləri araşdırıblar. Bu hissəcik saniyənin trilyonda birindən də az müddətdə mövcud olur.

Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr qaranlıq maddənin öyrənilməsinə və indiyədək məlum olmayan yeni hissəciklərin aşkarlanmasına kömək edə bilər.