YapiKredi Müraciət Forması
Hadisə Cəmiyyət

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - İddia - FOTO/VİDEO

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - İddia - FOTO/VİDEO

Şamaxıda yaşayan 18 yaşlı tələbə iki nəfər tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə Demokrat.az oxu.az-a istinadən xəbər verir.

Hacıqabul sakini olduğunu bildirən Qoçəli Zaidovun sözlərinə görə, hadisə noyabrın 6-da saat 17 radələrində işlədiyi dönərxananın yaxınlığında baş verib. Gənc iddia edib ki, həmin vaxt Süleyman adlı şəxs və onun qaynı, maşın ustası kimi tanıdığı Fazil adlı şəxs sərxoş vəziyyətdə ona hücum edib, sonra isə avtomobillə ərazidən uzaqlaşıblar.

Q.Zaidov onu döydüyünü iddia etdiyi şəxslərin 30-35 yaşlarında olduğunu və aralarında heç bir mübahisə və ya münaqişə yaşanmadığını vurğulayıb.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - İddia - FOTO/VİDEO