Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.
Demokrat.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.
Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.



