YapiKredi Müraciət Forması
İdman

Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu

Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu

Milli komandaların alternativ dünya reytinqi açıqlanıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, "Football Paradise" platformasının hazırladığı "FP World Ranking" siyahısı son beynəlxalq matçların nəticələri əsasında gündəlik yenilənir.

Azərbaycan millisi 219 komandanın yer aldığı cədvəldə 1 286 xalla 183-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin aktivinə son nəticələrə əsasən, 9.1 reytinq xalı əlavə olunub. Yığmamız Avropa komandaları arasında 42-ci yerdədir.

Siyahının ilk pilləsində 2 210 xalla İspaniya qərarlaşıb. Argentina 2 129 xalla ikinci, İngiltərə isə 2 085 xalla üçüncüdür.

Qeyd edək ki, bu, FIFA-nın rəsmi dünya reytinqi deyil. FIFA-nın son açıqladığı sıralamada Azərbaycan millisi 126-cı yerdədir.