YapiKredi Müraciət Forması
İdman

Messi, Mbappe və Holand ilin rəmzi yığmasına düşdülər

Messi, Mbappe və Holand ilin rəmzi yığmasına düşdülər

Dünya futbolunun ulduzlarından Lionel Messi daha bir uğura imza ataraq karyerasında yeni rekorda imza atıb. Argentinalı futbolçu FIFPro-nun 2026-cı il üzrə rəmzi yığmasına daxil edilərək bu siyahıda 18-ci dəfə yer alıb.

Demokrat.az xəbər verir ki, "Qızıl top" mükafatının səkkizqat sahibi, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) 2026-cı il üzrə rəmzi yığmasına daxil edilib.

FIFPro-nun rəsmi saytının məlumatına görə, Messi bu komandaya 2023-cü ildən sonra ilk dəfə seçilib. Bununla da argentinalı futbolçunun rəmzi yığmada yer alma sayı 18-ə çatıb. Bu, turnir tarixində rekord göstəricidir.

Qeyd edək ki, 2026-cı ilin rəmzi yığması 73 ölkədən 19 806 peşəkar futbolçunun səsverməsi əsasında müəyyənləşib.

Komandanın qapıçısı David Raya ("Arsenal"), müdafiəçiləri Pau Kubarsi ("Barselona"), Əşrəf Hakimi və Nuno Mendeş (hər ikisi PSJ) olub. Yarımmüdafiədə Cud Bellinqem ("Real Madrid"), Rodri ("Mançester Siti") və Vitinya (PSJ) yer alıblar.

Hücum xəttinə isə Lionel Messi ilə yanaşı, Erlinq Haaland ("Mançester Siti"), Kilian Mbappe ("Real Madrid") və Lamin Yamal ("Barselona") daxil edilib.Maraqlı məqam odur ki, "Qızıl top"un 2026-cı il qalibi Harri Keyn bu siyahıya düşə bilməyib.