YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Qışın dəbli çanta trendləri açıqlandı – Bu modellər ön plana çıxır

Qışın dəbli çanta trendləri açıqlandı – Bu modellər ön plana çıxır

2026–2027-ci ilin qış mövsümündə böyük, rahat və fərqli teksturalı çantalar dəbə minəcək. Xüsusilə iri ölçülü çiyin çantaları, qısa qulplu modellər və timsah dərisini xatırladan səthə malik aksessuarlar diqqət çəkir.

Demokrat.az xəbər verir ki, yeni mövsümdə kiçik çantaları daha geniş və funksional modellər əvəz edəcək.

Trendlər arasında yumşaq formalı çantalar, gündəlik istifadə üçün nəzərdə tutulan klatçlar, atlaz parçadan hazırlanan və muncuqlarla bəzədilən modellər də var.

Rəng seçimində isə qara, şokolad, bordo və tünd qəhvəyi tonlar üstünlük təşkil edəcək. Yeni mövsümdə əsas diqqət həm rahatlığa, həm də aksessuarların görünüşünə yönələcək.