Mətbəx və hamam otaqlarında istifadə olunan mərmər səthlər zamanla qəhvə, yağ, mürəkkəb və digər maddələrin təsirindən ləkələnə bilər. Bu ləkələri təmizləmək üçün soda və sudan hazırlanan xüsusi qarışıq köməyə çatır.
Demokrat.az xəbər verir ki, mərmər məsaməli quruluşa malik olduğu üçün mayeləri asanlıqla özünə çəkir və ləkələr səthin dərinliyinə nüfuz edə bilir.
Mütəxəssislər yağ ləkələrini aradan qaldırmaq üçün sodanı az miqdarda su ilə qarışdıraraq qatı məcun hazırlamağı tövsiyə edirlər. Qarışıq ləkənin üzərinə çəkilir, üzəri qida plyonkası ilə örtülür və bir gecə saxlanılır. Daha sonra yumşaq, nəm parça ilə təmizlənir.
Qəhvə və digər üzvi ləkələr üçün isə soda qarışığına bir neçə damcı yumşaq qab yuyucu vasitə əlavə etmək olar.
Mütəxəssislər mərmər səthləri təmizləyərkən sirkə, limon suyu və ağardıcılardan istifadə etməməyi tövsiyə edirlər. Bu maddələr mərmərin səthinə zərər verə və rənginin dəyişməsinə səbəb ola bilər.


