YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Yaş ayaqqabıları belə qurudun: Bir səhv onları yararsız hala sala bilər!

Yaş ayaqqabıları belə qurudun: Bir səhv onları yararsız hala sala bilər!

Yağışlı havalarda islanan ayaqqabıları tez qurutmaq üçün onları radiatorun üzərinə qoymaq düzgün deyil. Yüksək temperatur ayaqqabının formasını poza, dərinin çatlamasına və yapışdırıcı hissələrin zədələnməsinə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, yaş ayaqqabıları qurutmağın daha təhlükəsiz üsulu onların içərisinə əzilmiş kağız və ya kağız dəsmal yerləşdirməkdir.

Bunun üçün əvvəlcə ayaqqabının bağları və içlikləri çıxarılmalı, xarici səthindəki artıq nəmlik quru parça ilə silinməlidir. Daha sonra içərisinə yerləşdirilən kağızlar nəmləndikcə yenilənməlidir.

Ayaqqabıları radiator və digər istilik mənbələrindən uzaq, quru və havalandırılan yerdə saxlamaq tövsiyə olunur. Qurutma prosesini sürətləndirmək üçün ventilyatordan da istifadə etmək mümkündür.