Qubada avtomobil aşıb.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Tüləkəran kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


