Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...

HADİSƏ 04 oktyabr 2025, 10:27
Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın Gencexeber.az-a istinadən məlumatına görə, Gəncə şəhərində yeni istifadəyə verilən “İsuzu Novociti” markalı marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 10:00
Top