Sosial şəbəkədə kişinin qadınları izləməsi ailə cinayətinə çevrildi —TƏFƏRRÜAT

KRİMİNAL 03 oktyabr 2025, 17:36
Göyçay rayonunda 1989-cu il təvəllüdlü Ənvər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Göyçay şəhəri, Z.Bünyadov küçəsində baş verib. Ənvər yaşadığı evin yataq otağında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadının burun nahiyəsindən yumruğu ilə qəsdən vurub. 

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, İlhamə ilə 2012-ci ildə ailə həyatı qurub, onların birgə nikahlarından 12 yaşlı qız və 4 yaşlı oğlan övladları dünyaya gəlib: “Hazırda arvadım və uşaqlarım ilə birlikdə kirayə yaşayıram. Məlum hadisə günü, təxminən saat 21 radələrində yaşadığımız evin yataq otağında olan zaman arvadım mənim mobil telefonuma baxdı. Həmin vaxt mənə məxsus mobil telefonda olan “Tik-tok” sosial şəbəkə hesabıma baxaraq nəyə görə orada qadınları izlədiyimi soruşdu. Mən də arvadıma heç kimi izləmədiyimi söylədim. Daha sonra yenə də arvadım mobil telefonuma baxaraq nəisə silməyə başladı.
Buna görə də arvadıma öz iradımı bildirdim. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı mobil telefonumu ondan almaq istədim. Lakin telefonu mənə vermədi. Mən də əsibləşdiyim üçün bir dəfə yumruqla onun burun nahiyəsindən vurdum. Bundan sonra arvadım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi”.  

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, qadın ərinə qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top