03 oktyabr 2025-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin akt zalında sahibkarlarla görüş keçirilib. Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təşkil olunmuş görüşdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Aparatın məsul əməkdaşları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin məsul əməkdaşları və rayonun kənd təsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşə sahələrində fəaliyyət göstərən 90-a yaxın sahibkarı iştirak edib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etdilər, eyni zamanda sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklə rayonun biznes potensialının reallaşdırılması, eləcə də Hacıqabul rayonda sahibkarlıq fəaliyyəti üçün mövcud olan imkanlar barədə danışıldı.
Qeyd olunmuşdur ki, Hacıqabul rayonunun iqtisadiyyatı əsasən kənd təsərrüfatı yönümlü olmasına baxmayaraq və Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə rayonda sənaye sahəsində də inkişaf əldə edilmişdir. Sahibkarların birgə fəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübə mübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirə bilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyə və bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsi faydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər.
Tədbir çərçivəsində sahibkarlarla torpağın təyinatının dəyişdirilməsi, güzəştli kreditlərdən istifadə edilərək biznesin inkişaf etdirilməsi, güzəştli kreditlərlə əkin sahəsinə müasir suvarma şəbəkəsinin qurulması, sahibkar-bank münasibətləri və digər məsələlərlə bağlı müzakirələr aparılmış, biznes subyektlərinin sualları cavablandırılıb.
Həmçinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə Hacıqabul rayonunda fəaliyyət göstərən “Şirniyyat” MMC-nin istehsalı sexinə baxış keçirilmiş, sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb.