YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Ebru Gündeşin qolundakı saatın qiyməti heyrətləndirdi – FOTO

Ebru Gündeşin qolundakı saatın qiyməti heyrətləndirdi – FOTO

Türkiyəli müğənni Ebru Gündeş bu dəfə səhnə çıxışı ilə deyil, taxdığı bahalı saatla gündəmə gəlib. Sənətçinin qolundakı aksessuarın qiymətinin 7,5 milyon türk lirəsi olduğu iddia edilir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

90-cı illərdən etibarən musiqi dünyasında tanınan və populyarlığını qoruyan Ebru Gündeş sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə diqqət çəkib. İzləyicilərin nəzərini xüsusilə onun qolundakı lüks saat cəlb edib.

Məlumata görə, dünya şöhrətli brendə məxsus olduğu bildirilən saatın bazar dəyəri təxminən 7 milyon 500 min TL-dir.

Müğənninin geyim seçimi də müzakirələrə səbəb olub. Belə ki, onun fotosunda diqqət çəkən yaşıl sviterin qiymətinin təxminən 100 min TL olduğu irəli sürülüb.

Ebru Gündeşin dəbdəbəli aksessuarı və geyiminin qiyməti sosial şəbəkələrdə fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər bu məbləğləri təəccüblə qarşılayıb, digərləri isə bir saata bu qədər pul xərclənməsini tənqid ediblər.

Ebru Gündeşin qolundakı saatın qiyməti heyrətləndirdi – FOTO