YapiKredi Müraciət Forması
Hadisə

Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar

Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar

Bakı-Sumqayıt yolunda güclü tıxac yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a sürücülər məlumat veriblər.

Qeyd olunub ki, metronun "20 Yanvar" stansiyası və Xırdalan dairəsi istiqamətlərində avtomobillərin hərəkətində ciddi çətinlik müşahidə olunur.

Sürücülər bir saatdan artıqdır yolda qaldıqlarını, avtomobillərin hərəkətinin xeyli ləngidiyini bildirirlər.

Sosial şəbəkələrdə də sürücülər və sərnişinlər tıxacla bağlı narazılıqlarını ifadə ediblər. Bəzi vətəndaşlar uzun müddətdir belə sıxlıqla qarşılaşmadıqlarını yazıblar.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.