YapiKredi Müraciət Forması
Avto

14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır

14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır

Birləşmiş Ərəb Əmirliklərində "Göy qurşağı şeyxi" kimi tanınan Həməd bin Həmdən Əl Nəhyan qeyri-adi avtomobil kolleksiyası ilə yenidən diqqət mərkəzindədir. Şeyxin sahib olduğu 14 metr uzunluğundakı nəhəng "Hummer H1 X3" modeli ölçüləri və içərisindəki şəraiti ilə görənləri heyrətləndirir.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 3000 avtomobildən ibarət kolleksiyaya sahib olan Şeyx Həməd xüsusi dizaynlı nəhəng "Hummer"i ilə fərqlənir.

Uzunluğu 14 metr, eni isə 6 metr olan bu unikal nəqliyyat vasitəsi təxminən ikimərtəbəli binanın hündürlüyünə çatır.

Hərbi yolsuzluq avtomobili görünüşünü qoruyub saxlayan "Hummer H1 X3" dörd güclü dizel mühərriki ilə hərəkətə gətirilir və altında yerləşən nəhəng təkərləri ilə diqqət çəkir.

Xaricdən hərbi maşını xatırladan nəqliyyat vasitəsinin içi əsl yaşayış evini xatırladır. Nəhəng "Hummer"in daxilində tam təchizatlı yaşayış sahəsi, mətbəx və vanna otağı mövcuddur.