YapiKredi Müraciət Forması
Şou-biznes

"Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər"

Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər

"Bazara gedəndə elə bil meyvə-tərəvəz almağa yox, ev almağa gedirsən. Hər dəfə satıcı qiyməti deyəndə adam artıq düşünür ki, maaşının hansı hissəsi ilə vidalaşmağa məcburdur. Bəzən elə qiymətlər olur ki, elə bil pomidoru, xiyarı Marsda yetişdirib bura gətirirlər. Xiyardır da..."

Bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, alıcıların bazarda qiymətləri eşitdikdən sonra dərindən ah çəkdiklərini bildirib:

"Son vaxtlar bazarda alıcıların 90 faizi qiyməti eşidəndən sonra dərindən ah çəkir. Ondan sonra qərar verirlər ki, alsınlar, ya yox. Bazar dərindən ah çəkilən yerlərdən biridir.

Fermerin də, alıcının da öz həqiqəti var. Amma məsələ burasındadır ki, ən çox qazanan nə alıcıdır, nə də fermer. Ən çox qazanan ortada olanlardır. Göyərtinin dəstəsini 1 qəpiyə alıb, sonra bizə 20-30 qəpiyə satanlardır. Hələ mən göyərtinin dəstəsindən danışıram". (Axşam.az)