Xızıda bıçaqlanan şəxsin son durumu açıqlandı

KRİMİNAL 02 oktyabr 2025, 13:44
Xızı rayonunda baş verən bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 1-i saat 19:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

"Qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top