Abşeron rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Aşagı Güzdək qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sahib qonşusu Elşənin 6 ay əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman Sahib əlində olan bıçağın tiyəsi ilə Elşənin sağ sağrı nahiyəsindən, yumruq və təpiklə sol bazu nahiyəsindən qəsdən vurub.
Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs qonşusudur və onunla münasibətləri həmişə normal olub: “Təxminən məlum hadisədən 1 ay əvvəl Elşən ilə aramızda söz-söhbət oldu. Bundan sonra Elşən məni təhqir etdiyi üçün qərara gəldim ki, ondan qisasını alıb. Hadisə günü, təxminən saat 19 radələrində evimin yaxınlığında küçədə tək dayanmışdım. Bu zaman Elşənin gəldiyini gördüm. Qərara gəldim ki, heç kim küçədə yoxdur və ondan qisasımı alım. Bu məqsədlə Elşən yanımdan salam verərək gedən zaman, elə bu anda ona arxadan yaxınlaşdım, nəyə görə mənə o vaxt söyüş söydüyünü dedim. Həmin vaxtı aramızda bu zəmində mübahisə baş verdi. Mübahisə zamanı Elşənin bədənin müxtəlif nahiyyələrinə təpiklə və yumruqla vurdum. Sonra isə getdim. Sonradan Qobu polis bölməsindən çağırıldıqda başa düşdüm ki, Elşən məndən şikayət edib”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az