YapiKredi Müraciət Forması
Kriminal Sosial media

Keçmiş arvadının fotosunu yayan kişi belə cəzalandırıldı

Keçmiş arvadının fotosunu yayan kişi belə cəzalandırıldı

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs məsuliyyətə cəlb olunub.

29 yaşlı Bəhruz İsayev keçmiş həyat yoldaşı Ayselin, keçmiş qayınatasının və qadının dayısının fotolarının üzərinə təhqiramiz ifadələr yazaraq "TikTok" hesabında yayıb. Polis əməkdaşları dərhal hərəkətə keçərək həmin şəxsi saxlayıblar. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin cəmiyyətə açıqca hörmətsizlik və ictimai mənəviyyatı təhqir etmə maddəsi üzrə protokol tərtib olunub.


"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı


İfadəsi alınan Bəhruz keçmiş qadının dayısı tərəfindən telefonla təhqir olunduğunu bildirib. O, qisas almaq məqsədilə sözügedən fotoları söyüş yazaraq paylaşıb. Əməlindən peşman olduğunu desə də, məsuliyyətdən qurtula bilməyib. Məhkəmənin qərarı ilə Bəhruz İsayev 8 gün müddətinə inzibati qaydada həbs edilib. (lent.az)

Editor
Redaktor