YapiKredi Müraciət Forması
Kriminal

Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı

Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı

Qax rayonunda 8-ci sinif şagirdinə qarşı törədilən cinsi hərəkətlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.

Məlumata görə, 2012-ci il təvəllüdlü məktəbli qız əvvəlcə rayon sakini olan gənclərdən biri ilə tanış olub, daha sonra isə onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla münasibət qurub. Evlilik vədi verərək azyaşlını inandıran Rəhman onu yaşadığı mənzilə apararaq cinsi əlaqədə olub. Növbəti mərhələdə Rəhman münasibəti bitirərək azyaşlının əlaqə vasitələrini dostu, 2003-cü il təvəllüdlü Tamerlana ötürüb. Tamerlan da öz növbəsində məktəblini nəqliyyat vasitəsilə Qax-Sarıbaş istiqamətinə apararaq avtomobilin içərisində oxşar əməli törədib.

Valideynlərin məsələdən xəbər tutmasından sonra polisə rəsmi müraciət olunub. Daxil olan şikayət əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Fakt üzrə qaldırılmış cinayət işinin materialları məhkəməyə göndərilib və çıxarılan hökmə əsasən Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay muddətinə azadlıqdan məhrum edilib. (oxu.az)

NE
Nihadə Eyyubova