Paşinyanın ritorikasını dəyişməsində Rusiyanın əli var? — DETALLAR

GÜNDƏM 02 oktyabr 2025, 14:13
“Paşinyanın ritorikasını dəyişməsinə səbəb olan bir neçə amil var. Bunlardan biri Rusiya amilidir, Paşinyan həmişəki kimi manevr etməklə Rusiyanın təzyiqlərindən yayınmağa çalışır".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət etsək, Paşinyan Ermənistanın suverenliyi, Zəngəzur dəhlizi adlı terminin razılaşma mətnində olmadığı kimi məqamlara toxundu:



“Şübhəsiz ki, Rusiyanın Paşinyandan dəhlizlə bağlı müəyyən istəkləri var. Əsas tələb ondan ibarətdir ki, dəhlizdə nəzarət Rusiyada olsun. Ən azından hazırda ABŞ ilə razılaşma varsa, hansısa formada Rusiya sərhədçiləri prosesə daxil olsunlar. Paşinyan isə manevrlər etməklə müddəti uzatmaq, vaxt qazanmaq istəyir. Çünki seçkiqabağı Rusiya ilə hər hansı gərginlik yaşamamağa çalışır. Paşinyan başa düşür ki, ABŞ ilə əldə olunmuş razılaşmanı pozmaq hansı nəticələrə gətirə bilər".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top