Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacaq? — Ekspert AÇIQLADI

GÜNDƏM 02 oktyabr 2025, 14:04
"Bu prosesin hansı mərhələdə və nə vaxt başa çatacağı, eləcə də avtobuslarda və ya metroda terminalların nə vaxt quraşdırılacağı barədə dəqiq söz demək mümkün deyil. Çünki bu, sırf texniki bir məsələdir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov deyib.

O, bildirib ki, bu, ümumilikdə müsbət addımdır:

"Çünki bəzən insanların metro kartında pul qalmır, ya da yükləməyi unudurlar. Elə hallar olur ki, sərnişin kartında balans olduğunu düşünür, amma istifadə edərkən ödəniş mümkün olmur. Belə vəziyyətlərdə bank kartı ilə ödəmə imkanı insanlara əlavə rahatlıq verəcək və texniki imkanlardan asılı olaraq mərhələli şəkildə geniş tətbiq ediləcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top