Müvafiq qurumlar bu barədə bir daha düşünsün — Deputat

GÜNDƏM 02 oktyabr 2025, 13:02
Oktyabrın 1-dən Bakı şəhərində məktəb avtobusları layihəsi pilot formada fəaliyyətə başlayıb. Lakin xidmət haqqının yüksək olması insanlar arasında narazılığa səbəb olub. Belə ki, bu avtobuslardan istifadə haqqı minimum 100 manatdan başlayır və məsafəyə görə 250 manata qədər dəyişir. Bir çoxları bunun əksər ailələrin büdcəsinə uyğun olmadığını bildirirlər.

Bu barədə Demokrat.az-a danışan millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, məsələyə yenidən baxılmalıdır:

“Məktəbli avtobusları ümumvətəndaş sərnişin avtobusları deyil, ona görə də burada qiymət fərqli olmalıdır. Amma fərqli qiymət daha yüksək deyil, daha aşağı olmalıdır. Ona görə də müvafiq strukturların və özəl şirkət rəhbərlərinin bu məsələ barəsində bir daha düşünməsini istəyərdim".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top