Bu məhsullar yalnız sertifikatlı müəssisələrdə istehsal edilə bilər — AÇIQLAMA

GÜNDƏM 03 oktyabr 2025, 18:21
"Azərbaycan Respublikasında hər hansı qida məhsulunun istehsalını həyata keçirmək üçün Qida Təhlükəsizliyi Agentliyinin xüsusi razılığı tələb olunur. İstehsalçı müəssisə agentliyə müraciət edir və müvafiq şöbə yoxlama aparır. Əgər istehsal üçün tələb olunan şərtlər ödənilirsə, məhsul istehsalına icazə verilir və rəsmi çıxarış həmin müəssisəyə təqdim olunur. Qeyri-qanuni məhsul istehsalı isə icazəsiz həyata keçirilən bütün hallarda qanunsuz sayılır".

Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Elsevər Fərzəliyev deyib.
 
O, bildirib ki, qida məhsullarının keyfiyyətini yoxlamaq üçün sensor və fiziki-kimyəvi metodlar tətbiq olunur:

"Sensor metodları insan duyğu üzvləri vasitəsilə məhsulun forması, rəngi, konsistensiyası və quruluşu kimi göstəriciləri yoxlayır. Fiziki-kimyəvi metodlar isə müəyyən cihaz və aparatların tətbiqi ilə məhsulun tərkibini dəqiq müəyyən edir".

Ekspert bildirib ki, yağ istehsalında yalnız sensor göstəricilər kifayət etmir:

"Yağın keyfiyyətini dəqiq müəyyən etmək üçün fiziki-kimyəvi metodlardan istifadə olunmalıdır. Keyfiyyət göstəriciləri əsasən döyməmiş yağ törkçülərinin çeşid və miqdar zənginliyi ilə müəyyən edilir. Bu göstəricilər əsasında yağlar fərqləndirilir və rəsmi şəkildə yalnız Qida Təhlükəsizliyi Agentliyində və ya müstəqil laboratoriyalarda aparılan analizlərin nəticələri keyfiyyət göstəricisi kimi qəbul olunur".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 19:14
Top