Taksi sürücüləri bu səbəbdən qeyri-nağd ödənişləri geri çevirir — AÇIQLAMA

GÜNDƏM 03 oktyabr 2025, 18:03
"Qaydalara görə, Azərbaycan Respublikasında bütün yerlərdə, o cümlədən taksilərdə qeyri-nağd ödənişlər qəbul olunmalıdır. Lakin praktikada sürücülərin sərnişinlərin qeyri-nağd ödənişlərini qəbul edə bilməməsi halları müşahidə olunur. Əvvəlcədən sərnişin öz profilində qeyri-nağd ödənişi seçirsə, ödəniş sərnişinin hesabından sürücüyə köçürülməlidir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, prblemlər taksi şirkətlərinin ödənişləri sürücülərə vaxtında çatdırmamasından yaranır:

"Bu səbəbdən bir çox hallarda sürücülər sərnişinləri qəbul etməkdən imtina edirlər. Taksi şirkətləri öz nöqsanlarını aradan qaldırmalı və sürücülərə qeyri-nağd ödənişləri vaxtında köçürməlidirlər. Bu, həm sərnişinlərin, həm də sürücülərin mənafelərini qoruyan əsas qaydadır. Eyni zamanda, müvafiq dövlət qurumları, məsələn, Vergi Xidməti, taksi şirkətlərində bu məsələyə nəzarət etməlidir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 19:14
Top