Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdlərinin popkorndan zəhərlənməsi faktı təsdiqlənməyib.
Demokrat.az xəbər verir ki bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ceyranbatan qəsəbəsindəki məktəbdə baş verən hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən, qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.


