YapiKredi Müraciət Forması
Siyasət

Türkiyənin 103-cü ildönümü ilə bağlı rəsmi tədbirdə Azərbaycanı bu nazir təmsil edir - FOTO

Türkiyənin 103-cü ildönümü ilə bağlı rəsmi tədbirdə Azərbaycanı bu nazir təmsil edir - FOTO

Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə Bakıda "Gülüstan" sarayında rəsmi qəbul təşkil edilib.

Demokrat.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər başda olmaqla parlament üzvləri, media nümayəndələri də yer alırlar.

Tədbirdə Azərbaycan hökuməti adından rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edib.

Hazırda tədbir davam edir.

Türkiyənin 103-cü ildönümü ilə bağlı rəsmi tədbirdə Azərbaycanı bu nazir təmsil edir - FOTO

Türkiyənin 103-cü ildönümü ilə bağlı rəsmi tədbirdə Azərbaycanı bu nazir təmsil edir - FOTO

Kənan Fuad

NE
Nihadə Eyyubova