YapiKredi Müraciət Forması
Dünya

Zelenski: Rusiya ballistik raketlərlə hücuma hazırlaşır

Zelenski: Rusiya ballistik raketlərlə hücuma hazırlaşır

Rusiya Ukraynaya ballistik raketlərlə yeni zərbələr hazırlayır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Hazırda kəşfiyyatdan Rusiyanın yeni ballistik zərbələrə hazırlaşdığı barədə məlumat var. Bütün bunları vurmaq üçün isə qüvvələr lazımdır. Biz müvafiq qərarlar gözləyirik", - o, qərargah iclasının yekunlarına əsasən bildirib.

Zelenski qeyd edib ki, bu kontekstdə Rusiyaya qarşı hazırkı sanksiya təzyiqi kifayət deyil. O həmçinin əlavə edib ki, Ukraynanı Rusiya ballistic hücumlarından daha səmərəli qorumaq üçün tərəfdaşlardan yeni yardım paketlərinin tədarükünü sürətləndirmək lazımdır.

"Ballistikaya qarşı sanksiya paketləri nə qədər çox ləngiyirsə, Rusiyanın istehsal üçün zəruri olan təchizat sxemlərini işləyib hazırlamağa bir o qədər çox vaxtı olur", - o dəqiqləşdirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri cavab olaraq uzaqmənzilli zərbələri genişləndirməyə və sürətləndirməyə davam edəcək.

NE
Nihadə Eyyubova