YapiKredi Müraciət Forması
Dünya

Bosniya və Herseqovinada helikopter qəzaya uğradı: Ölənlər var

Bosniya və Herseqovinada helikopter qəzaya uğradı: Ölənlər var

Avropa İttifaqının Bosniya və Herseqovinadakı hərbi kontingentinə (EUFOR) məxsus helikopter Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Klix" portalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura da ziyan dəyməyib. Faktla bağlı araşdırmaya başlanılıb.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunublar. Ərazi mühafizəyə alınıb.

NE
Nihadə Eyyubova