YapiKredi Müraciət Forması
Hadisə

Məktəbdə pəncərədən yıxılan şagirdin anası da faciəvi şəkildə ölüb - FOTOLAR

Məktəbdə pəncərədən yıxılan şagirdin anası da faciəvi şəkildə ölüb - FOTOLAR

Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, mərhumun anası, 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı 2023-cü ilin avqustunda qatar vuraraq öldürüb.

Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdə pəncərədən yıxılan şagirdin anası da faciəvi şəkildə ölüb - FOTOLAR

Məktəbdə pəncərədən yıxılan şagirdin anası da faciəvi şəkildə ölüb - FOTOLAR

NE
Nihadə Eyyubova