YapiKredi Müraciət Forması
Kriminal Özəl

Binanın arxasında döyülmüşdü — Hakim qarşısında bağışladı

Binanın arxasında döyülmüşdü — Hakim qarşısında bağışladı

Bakının Sabunçu rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Babək həmin ərazidə yerləşən çoxmərtəbəli binalardan birinin arxasında tanışı Lətiflə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, mübahisə zamanı Babək qəsdən əli ilə Lətifin sifət nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib.

Faktla bağlı Babək barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor