YapiKredi Müraciət Forması
İdman Özəl

"Gəncə" FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı - VİDEO

Gəncə FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı - VİDEO

"Gəncə" FIBA Avropa Kubokunda "Sportinq"ə qalib gəlib.

Demokrat.az xəbər verir ki, "Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda üçüncü oyununa çıxıb.

IV turda Portuqaliyanın "Sportinq" klubunu qəbul edən Murad Dikmənin baş məşqçisi olduğu komanda 69:67 hesablı qələbə qazanıb.

Qarşılaşma Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna (63:92) uduzub. Komandanın III turda Bolqarıstanın "Rilski Sportist" klubu ilə qarşılaşması isə təxirə salınıb.

NE
Nihadə Eyyubova