YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça" yeni baş məşqçi axtarışında: İki namizəd var

Fənərbağça yeni baş məşqçi axtarışında: İki namizəd var

"Fənərbağça" İsmail Kartalla yollarını ayırdıqdan sonra yeni baş məşqçi vəzifəsinə əcnəbi mütəxəssis gətirməyə üstünlük verir. İstanbul təmsilçisinin rəhbərliyinin iki əsas namizədlə bağlı danışıqlara başladığı iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Məlumata görə, klub prezidenti Aziz Yıldırımın namizədlər siyahısında Türkiyə millisinin sabiq baş məşqçisi Vinçenso Montella və Almaniya yığmasının keçmiş çalışdırıcısı Yulian Nagelsmannın adları ön plana çıxır. Hər iki mütəxəssisin hazırda klubsuz olması onların namizədliyini diqqətçəkən edir.

İsmail Kartalın dördüncü dönəmi "Qalatasaray"la derbidəki məğlubiyyətdən sonra başa çatıb. Yeni baş məşqçi təyin olunana qədər komandanın köməkçi məşqçi Dirk Kuytın rəhbərliyi altında fəaliyyət göstərəcəyi bildirilir.

Nəşr həmçinin İspaniyalı mütəxəssis Xose Luis Mendilibarın da "Fənərbağça"nın gündəmində olduğunu yazıb. Son olaraq "Olimpiakos"u çalışdıran məşqçi sentyabrın əvvəlində Yunanıstan klubu ilə yollarını ayırıb.

Əcnəbi mütəxəssislərlə bağlı danışıqlardan nəticə əldə olunmasa, Türkiyəli məşqçilər Abdullah Avcı, Aykut Kocaman və Emre Belözoğlunun da namizədlər sırasında yer ala biləcəyi qeyd olunur.

Jalə